originar, mars ftk
originar azerbaijan

Azərbaycandan

əsl dadı kəşf et

ŞİRKƏT
HAQQINDA
originar azerbaijan

ŞİRKƏT HAQQINDA

Ümumi sahəsi 407 hektardan ibarət nar bağı 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində salınmışdır. Azərbaycan, Türkiyə və İsrail aqronomlarının birgə əməyi və yeni nəsil kənd təsərrüfatı texnikasından istifadə bizə yüksək keyfiyyətli məhsul almağa imkan verir. Bütün dünyada məhşur olan NaanDanJain şirkətinin ən müasir damcılı suvarma texnologiyasından istifadə isə məhsuldarlığın artırılmasına, vaxta, elektrik enerjisinə və su ehtiyatlarına qənaət etməyə imkan verir. Bizim mütəxəssislərimiz İsrailin "Talgil" şirkətinin texnikasından istifadə etməklə bağın suvarılmasına uzaqdan nəzarət edə bilir. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə mühüm bir prosesdir, bu səbəbdən də mütəxəssislərimiz torpağın və ağacların vəziyyətinə diqqətlə nəzarət edir. Aparıcı istehsalçıların gübrə və dərmanlarından vaxtında istifadə bu gözəl ağacları xəstəliklərdən qorumağa kömək edir

originar azerbaijan
originar azerbaijan

Minimal illik məhsuldarlıq təxminən 10-12 min ton təşkil edir. Biz SAME və Frumaco kənd təsərrüfatı texnikası kimi ən son texnologiyalardan, eləcə də tam kompyuterləşdirilmiş innovativ damcılı suvarma sistemindən istifadə edirik. Meyvə yığımı üzrə kənd təsərrüfatı həllləri sahəsində dünya lideri olan Maf Roda bizim əsas tərəfdaşımızdır. Hər bir əməkdaşımız hər meyvə ağacına qayğı və sevgi ilə yanaşır. Biz təzə və keyfiyyətli məhsulun bütün dünya boyu qapıdan qapıya çatdırılmasına zəmanət veririk.

Tərəfdaşlar