originar, mars ftk
originar azerbaijan

Azərbaycandan

əsl dadı kəşf et

NAR
originar azerbaijan

NAR AZƏRBAYCANDAN

Kürdəmir kənd təsərrüfatı regionu və nar növləri

2009-cu ildə Mars Fk Originar şirkəti Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq-iqlim şəraiti olan Kürdəmir rayonunun Karrar kəndində ümumi sahəsi 407 hektardan ibarət nar bağı salmışdır. Bağımızda 300 min nar ağacı əkilmişdir. Azərbaycan, Türkiyə və İsraildən olan aqronomlarımız diqqətlə bütün Azərbaycan boyu nar ağaclarının ən yaxşı növlərini seçir. Bzim bağda Vanderful, Bala Mürsəl, Gülövşə, Talıb və s. kimi məşhur nar növləri mövcuddur.

originar azerbaijan
originar azerbaijan

Azərbaycan torpağı

Azərbaycan tarixi narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz şəkildə bağlıdır. Nar, ənənəvi olaraq, Azərbaycanın, demәk olar ki, bütün regionlarında yetişdirilir. Nar Azərbaycanın ən sevimli meyvələrindən biridir. Azərbaycan iqlimi öz unikallığı ilə seçilir; on bir iqlim tipinin doqquzu Azərbaycanda mövcuddur. Nar adətən yarı-quru mülayim və subtropik iqlimdə yetişdirilir və mülayim qış və qızmar yay müşahidə edilən regionlara təbii yolla uyğunlaşır. Bu meyvə ölkəmizdə geniş şəkildə yetişdirilən və istehlak edilən meyvədir. Azərbaycan – "kral meyvəsinin" bütün növlərinin yetişdirildiyi yeganə ölkədir.